-
Pythonda
range()
funksiyası ədədlər ardıcıllığını qaytarır və default olaraq 0-dan başlayır, 1-1 artır və müəyyən edilmiş ədəddən sonra dayanır.Sintaksisi bu şəkildədir:
range(start, stop, step)
Nümunə:
for n in range(5, 12): print (n)
Bu zaman ardıcıllıq 5-dən başlayıb (5 də daxil olmaqla) 12-yə qədər (12 daxil deyil) davam edəcək.
Çıxış:
5 6 7 8 9 10 11
Başqa bir nümunəyə baxaq:
for i in range(2, 15, 3): print (i)
Ardıcıllıq 2-dən başlayıb 15-ə qədər 3-3 artaraq davam edəcək.
Çıxış:
2 5 8 11 14
-
Ədəd mənfi (sondan başlayacaq) və 1 (1-ci ədədi götürəcək) olduğu üçün cavab 52 olacaq.
-
//
operatoru qalıqsız bölmə operatorudur. Nəticə həmişə tam ədəd olur.Nümunə:
55 // 10
5 qaytaracaq, çünki 55-in içində 5 dənə 10 var. Qalıq isə nəzərə alınmır. Əgər adi bölmə əməliyyatı (55 / 10) ilə yazsaydıq cavab 5.5 olardı.
**
operatoru qüvvətə yüksəltmə operatorudur.Nümunə:
5 ** 2
25 qaytaracaq, çünki 5-i 2 dəfə öz-özünə vuranda (5 üstü 2) 25 edir.
%
operatorunun mənası budur ki, məsələn, a b-yə bölünür və onların bölünməsindən qalıq c alınır. Buradakı qalıq ca % b
ifadəsinin cavabıdır.Nümunə:
50 % 12
2 qaytaracaq, çünki 50 12-yə bölünür və cavab 4 (qalıq 2) olur. Qalıq 2 olduğu üçün də cavab 2 olacaq.
-
Məntiqi operatorlar şərti ifadələrdə istifadə olunur və boolean dəyər (True və ya False) qaytarır. Pythonda 3 məntiqi operator var.
Operator Təsviri Sintaksisi and Əgər hər iki tərəf doğrudursa True qaytarır a and b or Əgər iki tərəfdən biri doğrudursa True qaytarır a or b not Nəticəni tərsinə çevirir, əgər doğrudursa False qaytarır, yanlışdırsa True qaytarır not a Nümunə:
a = 5 print(5 >= a and 20 > a) # True qaytarır, çünki şərtlərin hər ikisi də doğrudur print(5 < a or 20 > a) # True qaytarır, çünki şərtlərdən biri doğrudur print(not(5 < a or 20 > a)) # False qaytarır, çünki nəticə tərsinə çevrilir
Belə bir cədvəllə sualı yekunlaşdıraq.
Operator A Operator B Logical AND nəticə True True True True False False False True False False False False Operator A Operator B Logical OR nəticə True True True True False True False True True False False False Operator A Logical NOT nəticə True False False True
-
Bunun üçün
len()
funksiyasından istifadə edirik və stringlərin uzunluğunu hesabladığımız üçün nəticə olaraq xarakterlərin sayını qaytarır.Nümunə:
s = len("mətn") print(s) # 4 qaytarır a = len("Salam, Zöhrab!") print(a) # 14 qaytarır
-
Bunun üçün
pop()
metodundan istifadə edə bilərik.Sintaksisi:
list.pop(mövqe)
Nümunə:
meyveler = ["armud", "alma", "banan"] print(meyveler) # ['armud', 'alma', 'banan'] meyveler.pop() print(meyveler) # ['armud', 'alma']
-
Bunun üçün
capitalize()
metodundan istifadə edə bilərik.Capitalize()
metodu ilk xarakterin böyük, qalanlarının isə kiçik hərf olduğu stringi qaytarır.Sintaksisi:
string.capitalize()
Nümunə:
str = "gör məni!" c = str.capitalize() print (c) # Gör məni!
Sualları bu repodan götürmüşəm.